Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində itkiləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni xidməti bu anadək 4 erməni hərbçinin öldüyü barədə məlumat yayıb.
Erməni tərəfindən ölü sayının artacağı barədə açıqlamalar verilir, meyit və yaralıların bir çoxu ərazidən çıxarılmayıb.
Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var.















