• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Gərginlik nəylə nəticələnəcək: - Sülh, yoxsa müharibə?

SİYASƏT

11 May 2023 | 09:45 | Müəllif: Qalib İbrahimoğlu

Gərginlik nəylə nəticələnəcək: - Sülh, yoxsa müharibə?

“Ermənilərin sülhə niyyətli olmadığını və revanşist fəaliyyətlər halında olduqlarını, sürətli vaxt qazanmağa çalışdığını göstərir”.   

Bunu Bakıvaxtı.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan dövlətinin qalib dövlət kimi duruşu Erməsnitanı həm meydanda, həm də danışıqlarda və beynəlxalq münasibətlərdə çətin vəziyyətdə qoyur:

“Ermənistan rəsmiləri istəmədən Vaşinqtona və Moskvaya gedirlər, özü ola bilmirlər. Sülhün olmasını istəməyən qüvvələr bu çoğrafiyada qanın axmasını istəyirlər və gərginliyin artması üçün Ermənistana dəstək verirlər".

Y.Karauz qeyd edib ki, hər səfərində dəmir yumruğu başlarında dəyməsinə rəğmən ermənilər sakit durmurlar:

"Mən sərhəddəki bu gərginliyin müharibəyə çevriləcəyini düşünmürəm. Bu gərginliklərdən bir şeyin çıxmadığı gördüyü zaman erməni rəsmiləri tıpış-tıpış danışıqlar masasında oturacaq. Ermənistan sülhə məcbur qalacaq”.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.

Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən zəruri cavab tədbirləri görülür.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR