• Bakı 18° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Sülh danışıqları: Türkiyə prosesdə yer alır?

SİYASƏT

09 Iyun 2023 | 17:07

Sülh danışıqları: Türkiyə prosesdə yer alır?

Xəbər verdiyimiz kimi, Türkiyənin yeni təyin olunmuş xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Blinkenlə Azərbaycan və Ermənistan arasında sülh perspektivini müzakirə edib.

Türkiyədə seçkilərdən sonra formalaşan yeni hökumətin dərhal ABŞ-la Azərbaycan və Ermənistan məsələsini müzakirə etməsi, Ankaranın prosesdə yer almasında maraqlı olduğunu göstərir.

Bununla bağlı Bakıvaxtı.az-a danışan politoloq Məhəmməd Əsədullzadə bildirib ki, Türkiyə yeni xarici siyasət konsepsiyasında Azərbaycanla Ermənistan arasında real sülhün əldə edilməsində vasitəçi olacaq. Onun sözlərinə görə, məhz Nikol Paşinyanın Ankarada inaqurasiyada iştirak etməsi, İrəvanın da buna razılıq verdiyinə işarədir.

M.Əsədullazadə əlavə edib ki, Ankaranın Vaşinqtonun vasitəçiliyi ilə prosesdə olması, Rusiyanın real danışıqlar prosesinin pozmasının qarşısını alacaq yeganə amildir: “Çünki Rusiya Qərbin bütün vasitəçilik missiyasının qarşısını alır. Türkiyə Qərblə birgə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında fəal vasitəçi olaraq Cənubi Qafqazda sülhün əldə edilməsində əsas aktor ola bilər".

Müsahibimiz bildirib ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması da danışıqlar prosesində yer alıb.

"Fransanın hazırkı destruktiv siyasətinin qarşısını yalnız Ankara ala bilər. Ümumiyyətlə, regionda geosiyasi çağırışlar sülhün əldə olunmasını labüd edir”, - deyə Məhəmməd Əsədullazadə vurğulayıb.

Cavad


SON XƏBƏRLƏR