• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

“Ermənistanın növbəti ekololoji cinayətinin qarşısı alınmalıdır”- Zaur İbrahimli

SİYASƏT

09 Iyun 2023 | 16:57

“Ermənistanın növbəti ekololoji cinayətinin qarşısı alınmalıdır”- Zaur İbrahimli

“Ermənistanın bölgədə ağır sənaye zavodu inşa etməyə çalışması Azərbaycana qarşı davamlı olaraq aparılan ekoloji təcavüz siyasətinin davamı kimi qiymətləndirilməlidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur İbrahimli deyib. Onun sözlərinə görə, bu vaxta qədər Ermənistan tərəfindən törədilən ekoloji caniyətlər deməyə əsas verir ki, Naxçıvan və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşası planları məqsədli şəkildə Azərbaycana ekoloji ziyan zərbə vurmaq üçün həyata keçirilir: “Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində olan təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunub. Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir. Ermənistan ölkəmizin təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə regionun ekosisteminə ciddi zərər vurmaqda davam edir”.

Z.İbrahimli qeyd edib ki, Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının (AES) hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir: “Təəssüf ki, beynəlxalq qurumlar hələ də bu məsələdə susur. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub”.

Müsahibimiz bildirib ki, bütün bunlar ciddi hüquq pozuntularının mövcud olduğunu təsdiqləyir: “Bütün bunları nəzərə alaraq ABŞ-ın müvafiq dövlət qurumları, beynəlxalq ekologiya təşkilatları, həmçinin hüquq müdafiə təşkilatları dərhal Arazdəyəndə metallurgiya zavodu tikilməsi planlarına münasibət bildirməli, ermənilərin növbəti dəfə ekololoji cinayətə əl atmasının qarşısının alınması üçün tədbirlər görməlidirlər. Əks halda, onlar da bu məsuliyyəti bölüşməli olacaqlar”.

Cavad


SON XƏBƏRLƏR

18 Mart 2024