• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İsrailin sabiq Baş naziri İlham Əliyevə məktub ünvanlayıb

SİYASƏT

11 May 2023 | 19:08 | Müəllif: Subhan Mahmudov

İsrailin sabiq Baş naziri İlham Əliyevə məktub ünvanlayıb

2006-2009-cu illərdə İsrail Dövlətinin Baş naziri olmuş Ehud Olmert Prezident İlham Əliyevə məktub göndərib.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi X Qlobal Bakı Forumu çərçivəsində Sizinlə görüşümüzü məmnunluqla xatırlayır və Zati-alinizə dərin minnətdarlığımı bildirirəm.

Bu unudulmaz görüşün qəlbimdə yaratdığı xoş təəssüratla Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə onun əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Bu əlamətdar gün münasibətilə Tanrıdan Sizə və Azərbaycan xalqına xoşbəxtlik və uğurlar diləyirəm".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026