• Bakı C

    11.95 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Ceyhun Bayramov Derek Hoqanla telefonda DANIŞDI

SİYASƏT

10 Iyun 2023 | 11:49

Ceyhun Bayramov Derek Hoqanla telefonda DANIŞDI

9 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.


SON XƏBƏRLƏR

18 Mart 2024