• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi

SİYASƏT

10 Iyun 2023 | 11:17

İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu de Souzaya təbrik ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Portuqaliya Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqına daim firavanlıq və rifah arzulayıram”.


SON XƏBƏRLƏR

19 Aprel 2024