• Bakı 13° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Həmin mövqelər Ordumuzun nəzarətinə keçəcək - AÇIQLAMA

SİYASƏT

12 Aprel 2023 | 09:31 | Müəllif: Qalib İbrahimoğlu

Həmin mövqelər Ordumuzun nəzarətinə keçəcək - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Bakıvaxtı.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.

Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Hərbi ekspert Ədalət Verdiyev Bakıvaxtı.az-a bildirib ki, baş verən son erməni təxribatlarının nəticəsi əvvəlcədən məlumdur: “Ermənistan tərəfi həm Vətən müharibəsi, həm də ondan sonrakı dövrdə baş verən toqquşmalarda olduğu kimi, bu dəfə də çox sayda şəxsi heyət, texnika və silah itkisinə məruz qalacaq”.

Onun sözlərinə görə, böyük ehtimalla bu tip təxribatların gələcəkdə məhdudlaşdırılması məqsədi ilə ordumuzun şəxsi heyətinə qarşı atəş açan düşmən mövqelərinə Azərbaycan ordusunun şəxsi heyəti yerləşdiriləcək.

“Mövqelərin üzərində Azərbaycan bayrağı qaldıracaq, həmin mövqelər Azərbaycan ordusunun nəzarətinə keçəcək”, - deyə Ədalət Verdiyev vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026