Azərbaycanda daha iki partiya özünü buraxıb.
Bakıvaxtı.az xəbər verir ki, bunlar Sosial Ədalət Partiyası (SƏP) və Cümhuriyyət Xalq Partiyasıdır (CXP).
Adıçəkilən partiyalar fəaliyyətlərini dayandırmaqla bağlı bəyanat veriblər.
Qeyd edək ki, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli, Cümhuriyyət Xalq Partiyasının sədri isə Bədrəddin Quliyev olub.
Bununla da özünü buraxan partiyaların sayı 26-ya çatıb.
1. Qorqud Partiyası
2. Azərbaycan Kommunist Partiyası
3. Azərbaycan Tərəqqi Partiyası
4. Vahid Azərbaycan Milli Birlik Partiyası
5. Aydınlar Partiyası
6. Müstəqil Xalq Partiyası (MXP)
7. Azərbaycan Milli Demokrat Partiyası (AMDP)
8. Yeni Yol Partiyası
9. Azərbaycan Respublikaçılar Partiyası
10. Müstəqil Azərbaycan Partiyası
11. Azərbaycan Vahid Kommunist Partiyası
12. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
13. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP)
14. Milli Vəhdət Partiyası (MVP)
15. Azərbaycan Sosial Rifah Partiyası (ASRP)
16. Azərbaycan Naminə Alyans Partiyası (ANAP)
17. Azərbaycan Təkamül Partiyası
18. Birlik Partiyası
19. Azərbaycan Azad Respublikaçılar Partiyası
20. Milli Konqres Partiyası
21. Vətənpərvərlər Partiyası
22. Vətəndaş Birliyi Partiyası
23. Milli Demokrat-İdrak Partiyası
24. Milli Həmrəylik Partiyası
25. Sosial Ədalət Partiyası (SƏP)
26. Cümhuriyyət Xalq Partiyası (CXP)
















