• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları ARTIB

CƏMİYYƏT

18 Mart 2023 | 12:04

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları ARTIB

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1 098,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2% artıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 57,1%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 1591,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1316,2 min tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib.

“2023-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 60,2 min ton olub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 2,8 min nəfər olub.


SON XƏBƏRLƏR

19 Aprel 2024