• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yerdəyişmə üzrə elektron qeydiyyat mərhələsi başa çatdı

CƏMİYYƏT

17 Aprel 2023 | 11:57

Yerdəyişmə üzrə elektron qeydiyyat mərhələsi başa çatdı

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün ümumilikdə 7883 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib.

Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Vakant yer seçmək imkanı əvvəlcə şəhid ailələrinin üzvlərinə veriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyətə məlumat təqdim ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026