• Bakı 14° C

    6.45 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sağlamlıq üçün təhlükə yaradan klinika CƏRİMƏLƏNDİ 

CƏMİYYƏT

17 Aprel 2023 | 12:04

Sağlamlıq üçün təhlükə yaradan klinika CƏRİMƏLƏNDİ

"MEDİ-PLUS" Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, "MEDİ-PLUS" barədə İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi əsasında protokol tərtib olunaraq iş Yasamal Rayon Məhkəməsinə göndərilib.

Bu maddədə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlıdır. 

Belə ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə, fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İş hakim Hüseyn Səfərovun sədrliyilə araşdırılacaq.

İbRa 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026