• Bakı 14° C

    1.94 m/s

Azərbaycanda tibb bacısı evində öldürüldü - YENİLƏNİB

HADİSƏ

10 Noyabr 2023 | 18:03 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda tibb bacısı evində öldürüldü - YENİLƏNİB

Noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

17:33

Astara rayonun Kakalos kəndində qətl hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR