• Bakı 21° C

    6.51 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Azərbaycandakı alimlərə limitsiz ödənişsiz məqalə dərc imkanı təqdim edilib

CƏMİYYƏT

08 Oktyabr 2025 | 09:41

Azərbaycandakı alimlərə limitsiz ödənişsiz məqalə dərc imkanı təqdim edilib

İlk dəfə ölkədəki bütün alimlərə limitsiz sayda ödənişsiz məqalə dərc etmək imkanı təqdim edilib.

Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirilib ki, ETN-lə Böyük Britaniyanın nüfuzlu Kembric Universitetinin "Cambridge Press" nəşriyyatı arasında əldə edilmiş razılığa əsasən, Azərbaycanda fəaliyyət göstərən bütün müəlliflər növbəti 3 il ərzində "Cambridge Press" tərəfindən nəşr edilən 422 yüksək impakt faktorlu, hibrid və "gold" açıq əlyetərli (open access) jurnallarda limitsiz sayda məqalə dərc etmək imkanı əldə edib.

"Web of Science" və "Scopus"da indekslənən bu jurnallarda açıq əlyetərli (open access) məqalə dərcinin qiyməti minlərlə manat dəyərində ölçülür. Lakin, sözügedən razılıq əsasında Azərbaycanlı alimlər bu ödənişi etmədən öz məqalələrini Kembric Universitetinin jurnallarında dərc edə bilər. Razılaşma, eyni zamanda ölkənin 140 elmi və ali təhsil müəssisəsinə "Cambridge Press" nəşriyyatının jurnallarını müddətsiz oxumaq imkanını təqdim edir.

Xidmətdən istifadə etmək istəyən müəlliflər, "Cambridge Core" (cambridge.org/core) platformasına daxil olaraq müvafiq qaydada yararlana bilərlər.


SON XƏBƏRLƏR

07 Oktyabr 2025