• Bakı 15° C

    8.45 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycanın Avropaya qaz ixracatı 12.9 milyard kubmetrə çatıb

İQTİSADİYYAT

16 May 2025 | 09:33

Azərbaycanın Avropaya qaz ixracatı 12.9 milyard kubmetrə çatıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə Tiranada işgüzar səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, səfərdə məqsəd “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etməkdir.

Deputat Vüqar Bayramov bildirib ki, yeni dünya düzəninin formalaşması mərhəsləsində regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Onun sözlərinə görə, regional enerji təhlükəsizliyinə yaxından töhvə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb:

"Qeyd edək ki, 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edr".

V.Bayramov bildirib ki, mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geo-siyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu gücləndirir:

"Bu Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir".

Mina Mikayılova


SON XƏBƏRLƏR