Azərbaycanın bədii gimnastları San Marino Respublikasının Serravalle şəhərində keçiriləcək “San Marino Cup” yarışında iştirak edəcəklər.
Azərbaycan Gimnastika Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, turnirdə məşqçilər Ukleina Valentina və Ruslan Eyvazovun rəhbərliyi ilə böyüklərdən İlona Zeynalova, gənclərdən isə Şəms Ağahüseynova çıxış edəcəklər.
Yarışda ölkəmizi hakimlər arasında Aysel Həsənova təmsil edəcək.
Qeyd edək ki, “San Marino Cup” yarışı sentyabr 7-8-də baş tutacaq.
Əli Hüseynov











jpg-1728112705.webp)




