• Bakı 34° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Azərbaycanın ən uzunömürlü nazirləri

SİYASƏT

16 Fevral 2024 | 16:40

Azərbaycanın ən uzunömürlü nazirləri

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev IX hökumət kabinetinin tərkibini təsdiqləyib.

Bakıvaxtı.az-ın məlumatına görə, yeni kabinetdə sabiq ədliyyə naziri Fikrət Məmmədovla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri Mübariz Qurbanlının adı yer almayıb.

19 aprel 2000-ci ildən ölkənin ədliyyə naziri vəzifəsində çalışmış F. Məmmədov 24 illik nazir karyerası ilə Azərbaycanda ön sırada yer alıb. F. Məmmədovla birlikdə vəzifəsindən azad edilən M.Qurbanlını da stajlı məmurların sırasında qeyd etmək mümkündür. Belə ki, o, 21 iyul 2014-cü ildən DQİDK-yə rəhbərlik edib.

Maraqlıdır, Azərbaycan siyasi elitasının başqa stajlı dövlət məmurları kimlərdir?

Bakıvaxtı.az sözügedən məmurlarla bağlı hazırladığı siyahını təqdim edir.

Stajlı məmurluq karyerası deyiləndə F. Məmmədovdan sonra ağıla gələn yeganə şəxs Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovdur. Eyyubov nə az-nə çox, 20 ildən artıqdır ki, Baş nazirin müavini vəzifəsində çalışır. Artur Rasizadədən tutmuş Novruz Məmmədova qədər neçə-neçə Baş nazirlə işləyən Y.Eyyubov sözügedən vəzifəyə 13 fevral 2003-cü ildə təyin olunub. Məhz bu səbəbdən 79 yaşlı Y.Eyyubovu Azərbaycan məmurları arasında “sonuncu mogikan” saymaq olar.

Yaqub Eyyubov daş atıb başını tutdu: “Nə pul, nə 1 milyard…”

Azərbaycan Respublikası Baş nazirinin müavini olan Əli Əhmədov isə bu vəzifəyə 22 oktyabr 2013-cü ildə təyin olunub. Stajının kolleqası Y. Eyyubovdan 10 il az olmasına baxmayaraq, Ə. Əhmədov da “uzunömürlü məmurlar” sırasındadır.

Əli Əhmədov: “İlham Əliyev artıq dünya miqyasında tanınan və hörmət edilən lider kimi qəbul olunur”

Azərbaycan Respublikası Baş nazirinin digər müavini Şahin Mustafayevin də nazirlik karyerası zəngindir. Ölkənin İqtisadiyyat Nazirliyinə 11 il rəhbərlik etmiş Ş. Mustafayev 31 oktyabr 2008–22 oktyabr 2019 tarixləri arasında adıçəkilən postu tutub. O, 2019-cu ildə dövlət başçısının Sərəncamı ilə Baş nazirin müavini təyin edilib.

Baş Nazirin yeni müavini Şahin Mustafayev kimdir? - DOSYE

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov isə 18 ildir ki, bu vəzifədədir. General-polkovnik Heydərovun nazirlik karyerası 6 fevral 2006-cı ildən bu günə qədər davam edir. Qeyd edək ki, K. Heydərov 17 yanvar 1995–6 fevral 2006-cı illər arasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsində çalışıb.

Kəmaləddin Heydərov səs verdi

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov isə 10 illik nazirlik karyerası dövründə 3 nazirliyə başçılıq etmiş yeganə şəxsdir. Belə ki. 19 aprel 2013-5 dekabr 2017 illər arasında təhsil naziri olan M. Cabbarov növbəti mərhələdə vergilər naziri (5 dekabr 2017-23 oktyabr 2019) vəzifəsində çalışıb. Hazırda isə o, 5 ilə yaxındır ölkənin İqtisadiyyat Nazirliyinə rəhbərlik edir.

Mikayıl Cabbarov Türkmənistana səfər edib | 1news.az | Xəbərlər

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov da sözügedən siyahıda yer alan məmurlar sırasındadır. 18 ildir kreslosunu qoruyan S. Şərifov 16 aprel 2006-ci ildən bəri ölkənin maliyyə naziridir. Məhz bu səbəbdən onu da stajlı məmurlar kateqoriyasına daxil etmək olar.

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə 22 oktyabr 2013-cü ildən bəri həmin vəzifəni icra edir. Onun rəhbərlik etdiyi dövrdə ordu daha da moderləşdirilib. Hətta Azərbaycan ordusunda sovetdən qalma “dedovşina” hallarının belə Z. Həsənovdan sonra ləğv edilməsi səslənən fikirlər arasındadır.

Zakir Həsənov Türkiyəyə gedib

Stajlı məmurlardan digəri isə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdir. 31 iyul 2002-ci ildən DSX-yə rəhbərlik edən E. Quliyev də “uzunömürlü məmurlar” siyahımızda yer alıb. DSX rəisi 22 ildir ki, vəzifəsini icra edir.

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov isə 9 ildir ki, DSK-yə rəhbərlik edir. O, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 13 avqust 2015-ci ildə bu vəzifəyə təyin olunub.

Tahir Budaqov siyahıya alınmayan şəxslərdən danışdı: “Yeni operativ qruplar yaradılıb”

Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov isə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ləğv edilməsindən sonra yaradılan XKX-yə 14 dekabr 2015-ci ildən rəhbərlik edir.

Prezident DTX və Xarici Kəşfiyyat Xidmətinin rəisləri barədə sərəncam imzaladı - 07.12.2020, Sputnik Azərbaycan

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 25 dekabr 2017-ci ildən AQTA-nın rəhbəridir.

Qoşqar Təhməzli çirkin əməllərin iştirakçısıdır“ - Eynulla Fətullayevdən ittiham

 

Rafi Müslümov


SON XƏBƏRLƏR

01 Avqust 2025