• Bakı 14° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatdı

SİYASƏT

16 Mart 2024 | 17:29

İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri başa çatdı

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri martın 16-da başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir İrakli Kobaxidzeni Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər yola saldılar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR