• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Zatulindən sülhməramlılarla bağlı ŞOK AÇIQLAMA

SİYASƏT

15 Aprel 2024 | 16:11

Zatulindən sülhməramlılarla bağlı ŞOK AÇIQLAMA

“Ermənilərin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlılarının bölgədə qalması səbəbləri azalıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya qoşunlarının Qarabağdan çıxması məsələsini hələ qaldırmır: “İstəmirlər ki, Rusiya bunu məğlubiyyət və ya güzəşt kimi qəbul etsin. Bu gün Qarabağda sülhməramlıların qalması Rusiya və Azərbaycan arasındakı münasibətlərlə bağlıdır. Əslində isə erməni əhalisi qalmadığı üçün sual yaranır: bizim sülhməramlıların orada nə işi var?”

Zatulin qeyd edib ki, reallıqda Rusiya sülhməramlılarının Qarabağda olması üçün səbəb çox azdır. (Publika.az)


SON XƏBƏRLƏR

29 Aprel 2024