• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

İsa Qəmbər qətlə yetirilən müsavatçıdan DANIŞDI

SİYASƏT

15 May 2024 | 15:48

İsa Qəmbər qətlə yetirilən müsavatçıdan DANIŞDI

Müsavat Partiyasının başqanı İsa Qəmbər qətlə yetirilən müsavatçı, Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəylə (Mehdiyev) bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, İsa Qəmbərin sözlərinə görə, Natiq Ulubəy Anadolu Univeristetinin beynəlxalq münasibətlər fakültəsini bitirib. Azərbaycan milli-azadlıq hərəkatının fəal iştirakçılarından olub. Müsavat Partiyasının təşkilatlanması və ideologiyasının yayılmasında böyük xidmətlər göstərib.

“Müsavat Partiyası olaraq Natiq Ulubəyin qətlindən qəzəbləndiyimizi, hüquq-mühafizə oranlarından qatilin (qatillərin) ən qısa müddətdə müəyyənləşdirilib qanun qarşısında cavab verməsinin təmin edilməsini gözlədiyimizi bəyan edirik”.

Qeyd edək ki, Müsavat fəalı Natiq Ulubəyin öldürüldüyü ötən gün məlum olub. O, Bakı şəhəri, Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə gecə gözətçisi işləyirmiş.

1964-cü il təvəllüdlü Natiq Ulubəyin qətlinə görə iş yoldaşı, 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov saxlanılıb. Elsevər İslamov 55 nömrəli məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) işləyirmiş. O, ixtisasca idman müəllimidir.

Cinayətin başvermə səbəbi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.


SON XƏBƏRLƏR