• Bakı 21° C

    3.78 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0189

Vladimir Putin Çinə səfər edəcək

SİYASƏT

15 May 2024 | 13:52

Vladimir Putin Çinə səfər edəcək

 Vladimir Putin yenidən prezident seçiləndən sonra ilk xarici səfərini mayın 16-17-də Çinə edəcək. 

Bakıvaxtı.az "Sabah"a istinadən bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Çinin Sinxua agentliyinə müsahibəsində bildirib.

Çinin 13 ildir Rusiyanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirən Putinin sözlərinə görə, iki ölkə arasında enerji sahəsində həyata keçirilən yeni irimiqyaslı layihələr strateji əməkdaşlıq inkişaf etdirib. Həmçinin iki ölkədəki şirkətlərin pul mübadiləsinin 90 faizi yerli valyuta vasitəsilə həyata keçirilir.

"Daha geniş formada iqtisadi və humanitar əməkdaşlığı inkişaf etdirməklə, Rusiya və Çinin inkişafına, xarici siyasətdə isə koordinasiyamızı gücləndirməklə, ədalətli çoxqütblü dünya nizamına töhfə veririk" - deyə Putin vurğulayıb. 

Analitiklərə görə, Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxtda iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq koordinasiyası olaraq təyin olunan geosiyasi yaxınlaşmanı gücləndirməyi hədəfləyir. 

Qeyd edək ki, ötən il də Çin prezidenti Si Cinpin prezident seçiləndən sonra ilk xarici səfərini Rusiyaya etmişdi.

Gülşən Şərif


SON XƏBƏRLƏR

25 May 2024