• Bakı 11° C

    7.48 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Bu çox savadsız yanaşmadır” - Millət vəkili

SİYASƏT

14 Iyun 2024 | 11:41

“Bu çox savadsız yanaşmadır” - Millət vəkili

Bu gün psevdo iqtisadçılar məhz bu müddəanın yanlış təfsiri ilə sosial xərclərin azalmasına diqqət çəkir ki, bu da çox savadsız yanaşmadır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, həmin maddə üzrə 150 milyon civarında rəqəm fərqi var, lakin, bu maddə ümumi sosial xərclərdə azalma deyil, büdcə strukturunun xarakterindən irəli gələn bir tendensiyadır.
Deputat bir məsələ üzrə təşəkkürünü də çatdırıb: 

“Bildiyiniz kimi, iyunun 4-də Bakı Enerji Həftəsi çərçivədə Biləsuvar Günəş elektrik stansiyasının təməli qoyuldu. Bu elə bir layihədir ki, hansı rakursdan baxsaq faydalıdır. Strateji əhəmiyyətinin yanı sıra, ən primitivindən başlasaq, tikinti prosesində 2500-ə yaxın insan yaxşı gəlirli işlə təmin olunacaq, dövriyyəmiz canlanacaq. Yəni möhtərəm Prezident bu layihə ilə Biləsuvara sözün əsl mənasında ikinci nəfəs verdi”.

O qeyd edib ki, həmin ərazi şoran torpaqlardır, heç otlaq üçün də yaramırdı: 

“Amma İlham Əliyev bu gün məhz həmin heç bir iqtisadi səmərə verməyən şoran torpaqları Biləsuvarın dolanışıq mənbəyinə çevirdi. Rayonumuz artıq ölkə əhəmiyyətli strateji zonalardan biri kimi çıxış edir, bir zamanlar özü elektrik enerjisinə həsrət qalan Biləsuvar, artıq enerji istehsalçısı olacaq. Bu rayonumuza göstərilən böyük qayğıdır və elə hökumət nümayəndələrinin iştirak etdiyi iclasda bu ali kürsüdən möhtərəm Prezidentə özümün və seçicilərin adından minnətdarlıq edirəm”.

Günel Abbas


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR