• Bakı 17° C

    4.67 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

“Müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq” - Sabir Rüstəmxanlı

SİYASƏT

14 Iyun 2024 | 12:30

“Müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq” - Sabir Rüstəmxanlı

1988-ci ildə 1 milyon, milyon yarım insan erməni işğalına qarşı çıxırdıq, bunun hakimiyyətə dəxli yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Milli Məclisin üzvü Sabir Rüstəmxanlı deyib. 

Deputat bildirib ki, SSRİ-nin dağılmasında ən mühüm rol oynayan hadisələrdən biri Azərbaycan Xalq hərəkatı idi: 

“Başda Bəhruz bəy olmaqla bəzi cavan dostlarımız prosesləri bilmir. Bu xalq bizimdir. AXC-Müsavat hakimiyyətinin bəli qüsurları olub, tənqid edə bilərsən. Amma müstəqillik aktına biz imza atmışıq, biz imzalamışıq və oturmuşuq burada. Ölüb getməmişik”.

Deputat Heydər Əliyevin Xalq hərəkatına münasibətini oxuyun. Mənim kitabım var. Bəli həmin dövrdə müəyyən səhvlər oldu və Heydər Əliyev gəldi, xalqı çox böyük fəlakətdən qurtardı. Onu Rəsulzadəyə və ya başqasına qarşı qoymaq lazım deyil. Rəsulzadə 1918-ci ildə bu dövləti yaratmışdı. Tarix ardıcıllıqdır. Bir tarixi inkişaf etdirmək üçün birini böyüdüb, digərini kiçiltmək olmaz. Heydər Əliyev bütün Azərbaycan şəxsiyyətləri ilə fəxr edirdi. Cavan oğlan, sən nə qazanırsan?! Mən bir dəfə sənə demişdim ki, bu məsələləri deyəndə adam birinci düşünüb sonra danışar”.

Günel Abbas


SON XƏBƏRLƏR

26 May 2026