• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Zaxarovadan Estoniyaya cavab: "Ukrayna atəşlə oynayır"

SİYASƏT

15 May 2024 | 15:00

Zaxarovadan Estoniyaya cavab: Ukrayna atəşlə oynayır

"Ukraynadakı istənilən xarici muzdlular Rusiya qoşunlarının hədəfinə çevriləcək".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Mətbuat konfransında çıxışı zamanı jurnalistlərdən birinin "Estoniya ordusunun şəxsi heyətinin Ukraynada peyda olacağı təqdirdə Rusiya tərəfindən qanuni hədəf kimi qəbul edilə bilərmi?" sualını cavablandırıb.

Qurumun sözçüsü bildirib ki, təkcə estoniyalılar deyil, Ukraynada peyda olan istənilən xarici silah və əcnəbi muzdlular Rusiya silahlı qüvvələrinin hədəfinə çevriləcək.

Qeyd edək ki, Estoniya prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Madis Roll ölkəsinin Ukraynanın qərbinə maddi-texniki təminat və hərbçi göndərmək niyyətində olduğunu bildirmişdi.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024