• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənilərin nazı ilə çox oynayırıq: Azərbaycan istənilən şəraitə hazır olmalıdır

SİYASƏT

15 May 2024 | 15:48

Ermənilərin nazı ilə çox oynayırıq: Azərbaycan istənilən şəraitə hazır olmalıdır

“Naxçıvana Zəngəzur üzərindən yolun açılması Ermənistanda baş verən proseslərin nəticəsindən asılıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, ermənilərin nazı ilə çox oynadığımıza, məsələlərə səbr və təmkinlə yanaşdığımızdan Ermənistandakı revanşist qüvvələr hətta bizim olan 4 kəndin belə qaytarılmasına etiraz edirlər:

"Paşinyan hökuməti isə özü etiraf edir ki, Qazaxın 4 kəndi 1991-ci ildə imzalanmış bəyannaməyə görə Ermənistanın yox, Azərbaycanın tərkib hissəsidir. Hazırda Ermənistanda baş verənlər siyasi şou olsa da, gedişatdan asılı olaraq hakimiyyətin dəyişməsi ilə də nəticələnə bilər. Ona görə də Azərbaycan istənilən şəraitə hazır olmalıdır”.

Müsahibimiz qeyd edib ki, proseslər istədiyimiz istiqamətə cərəyan etməsə və sürprizlə qarşılaşsaq, Azərbaycan özü hərəkətə keçməlidir:

“Atacağımız real addımlardan biri Qazaxın dörd kəndinin hərbi yolla geri qaytarılmasıdır. Ermənistanda hər kəs bilməlidir ki, Azərbaycanla zarafat etmək olmaz. Keşişin rəhbərliyi ilə küçələrə çıxaranlara da "soyuq duş" qəbul etdirmək lazımdır. Xatırladım ki, bu gün, yəni mayın 15-də kəndlərimizin boşaldılması və Azərbaycana təhvil verilməsi prosesi başa çatdırılmalı idi".

Əhəd Məmmədli: Zəngəzur dəhlizi açılmadan saziş imzalanmamalıdır

Ə.Məmmədli vurğulayıb ki, Zəngəzur dəhlizi açılmadan sülh sazişi imzalanmamalıdır:

"Ümumiyyətlə, indiki məqamda sülh sazişinin imzalanmasının əleyhinəyəm. Azərbaycan rəhbərliyi də bəyan edib ki, sülh sazişi imzalansa belə sərhədlərin delimitasiya və demarkasiya prosesi davam etdirilməlidir. Çünki sərhədlərin müəyyənləşdirilməsini qısa müddətdə yekunlaşdırmaq qeyri-mümkündür. Ona görə də sülh sazişi bu prosesə mane olmamalıdır. Azərbaycan öz tarixi torpaqlarından imtina etmir. Zəngəzurdan da imtina etməmişik və etməməliyik. Delimitasiya və demarkasiya məsələsini öz xeyrimizə aparmağa davam etməliyik. Düzdür, sülh sazişi imzalanandan sonra bu, bir az çətin olacaq. Ona görə də sazişin tezliklə və tələsik imzalanmasına çalışmamalıyıq. Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi məsələləri də ön planda olmalıdır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024