• Bakı 17° C

    3.04 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ceyhun Bayramov Bədral Busaidi  ilə GÖRÜŞDÜ - YENİLƏNİB

SİYASƏT

15 Aprel 2024 | 15:44

Ceyhun Bayramov Bədral Busaidi  ilə GÖRÜŞDÜ - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Oman Sultanlığının xarici işlər naziri Bədr Əlbusaidi ilə görüş keçirib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Oman arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə duran məsələlər və iqtisadi-ticarət, energetika, turizm, su ehtiyatlarının idarə edilməsi, səhiyyə və s. sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

"Ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsinin və yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafı baxımından əhəmiyyətli olduğu qeyd edilib. Bununla yanaşı, Omanda səfirliyimizin təsis edilməsi qərarının münasitlərə əlavə təkan verəcəyi vurğulanıb. Azərbaycan ilə Oman arasında beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində mövcud olan uğurlu əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub",-məlumatda qeyd edilib.

Həmçinin diqqətə çatdırılıb ki, görüşdə Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə Azərbaycanla Oman arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb:

"Digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb".

***

14:54

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda Omanın xarici işlər naziri Bədral Busaidi ilə görüşüb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.

Tərəflər Azərbaycan və Oman arasında əlaqələrin inkişafı ilə bağlı hər iki ölkənin insanlarına fayda verəcək bir sıra mühüm məsələləri (ticarət və investisiyalara, təhsil və mədəniyyətə, bərpa olunan enerji) müzakirə ediblər.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanda işgüzar səfərdədir.


SON XƏBƏRLƏR