• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Paşinyan yenə Qazaxla sərhədə gələcək

SİYASƏT

15 Aprel 2024 | 15:21

Paşinyan yenə Qazaxla sərhədə gələcək

Ermənistanın Tavuş bölgəsi “siyasi oyuncağ”a çevrilməməlidir.
Bakıvaxtı.az
 xəbər verir ki, bunu aprelin 15-də parlamentdəki ənənəvi brifinqdə Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasının deputatı Andranik Köçəryan müxalifətdən gələn qınaqlara cavab olaraq deyib.

Onun fikrincə, sərhədləri bərpa etmədən uzunmüddətli sülh arzulamaq sadəcə mümkün deyil.

“Tavuşda çox ciddi məsələlər həll edilməlidir və onların həlli spekulyasiyaya tabe deyil”, - Köçəryan bildirib.

 Ermənistanın baş naziri Nikol Paşinyanın Tavuşa vəd etdiyi səfərlə bağlı sualı cavablandıran Köçəryan deyib:

“Baş nazir 10-15 günə Tavuşa getsə, bu, problem deyil. Ermənistanın baş naziri heç bir çətin görüşdən yayınmır. Sadəcə olaraq, sıx qrafikə görə səfərin vaxtı pozula bilər”, - deyə parlamentari qeyd edib.


SON XƏBƏRLƏR

29 Aprel 2024