• Bakı 16° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Ceyhun Bayramov sammitdə çıxış edib - YENİLƏNİB

SİYASƏT

15 Aprel 2024 | 12:04

Ceyhun Bayramov sammitdə çıxış edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilib ki, nazir regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”, - məlumatda qeyd olunub.

10:45

Azərbaycan ilk dəfə olaraq Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində təmsil olunur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O bildirib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov şuranın Özbəkistanda keçirilən Strateji Dialoq Toplantısında fəxri qonaq qismində iştirak edir.

"Ölkələrimiz arasında çox işlər görülüb və bundan sonra da görüləcək",- XİN rəsmisi vurğulayıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024