• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycanla bizi tarixi dostluq bağları birləşdirir - Kobaxidze

SİYASƏT

16 Mart 2024 | 15:10

Azərbaycanla bizi tarixi dostluq bağları birləşdirir - Kobaxidze

Azərbaycan və Gürcüstanı tarixi dostluq bağları birləşdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Respublikasının Baş nazir İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında bildirib.

“Əminəm ki, bu münasibətlər bundan sonra da eyni ruhda davam edəcək. Hazırda siyasi və digər səviyyədə yüksək dialoqumuz var. Məqsədimiz bu tərəfdaşlığı, əməkdaşlığı dərinləşdirməkdir”, – deyə Gürcüstanın Baş naziri bildirib.

“Azərbaycan Prezidentin təşəkkür edirəm ki, ölkəniz hər zaman Gürcüstanın suverenliyini, müstəqilliyini dəstəkləyib. Bu gün çox məhsuldar görüşümüz oldu. Qlobal hadisələri də müzakirə etdik. Ölkələrimiz arasında tərəfdaşlıq və əməkdaşlıq qlobal kontekstdə də çox vacibdir. Biz maksimum dərəcədə sabitliyə töhfə verməyə çalışmışıq. Bu, gələcəkdə də davam edəcək” , – deyə Gürcüstanın Baş naziri söyləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026