• Bakı 21° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Zakir Həsənov İordaniya kralı ilə görüşdü - FOTO + YENİLƏNİB

SİYASƏT

14 Aprel 2024 | 17:15

Zakir Həsənov İordaniya kralı ilə görüşdü - FOTO + YENİLƏNİB

İordaniya Haşimilər Krallığında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin salamlarını çatdırıb.
Görüşdə İordaniya ilə bir çox sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın vacibliyi vurğulanıb.

 

14:21

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İordaniya Haşimilər Krallığına rəsmi səfər edib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov İordaniya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general-mayor Yusif Əhməd Al-Hnaiti ilə görüşüb.

Əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun önündən keçdikdən sonra, protokola uyğun olaraq general-polkovnik Z.Həsənov ziyarətçilər kitabını imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə hərbi, hərbi texniki sahədə əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Görüşün sonunda müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb.


SON XƏBƏRLƏR

29 Aprel 2024