• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Türkiyə “NATO” qərarını verdi

SİYASƏT

29 Aprel 2024 | 15:02 | Müəllif: Gülşən Şərif

Türkiyə “NATO” qərarını verdi

Türkiyə Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini dəstəkləyəcəyini açıqlayıb.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bununla bağlı Türkiyə öz qərarını təşkilatın digər üzvlərinə çatdırıb.

Türkiyə rəsmilərindən alınan məlumata görə, Türkiyənin NATO-nun yeni baş katibi postu üçün Rutteyə dəstək verəcəyi artıq dəqiqləşib.

Qeyd edək ki, bir neçə gün öncə  Hollandiyanın Baş naziri Mark Rutte ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutmuşdu. Görüş çərçivəsində Ərdoğan vurğulamışdı ki, gələcək baş katib kimi Mark Ruttenin Avropa Atlantik Təhlükəsizliyinin təmin edilməsində NATO-nun əsas mövqeyini qorumağa üstünlük verəcəyini gözləyir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026