• Bakı 28° C

    8.26 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Vaşinqton meri 28 Mayla bağlı Bəyannamə imzaladı - FOTO

SİYASƏT

28 May 2024 | 20:07

Vaşinqton meri 28 Mayla bağlı Bəyannamə imzaladı - FOTO

ABŞ-nin paytaxtı Vaşinqton şəhərinin meri Muriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.

Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb.

Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub.

Mer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib.


SON XƏBƏRLƏR

18 Iyun 2024