• Bakı 16° C

    2.11 m/s

Delimitasiya ilə bağlı razılaşmanı alqışlayırıq - Gitanas Nauseda

SİYASƏT

29 May 2024 | 13:25

Delimitasiya ilə bağlı razılaşmanı alqışlayırıq - Gitanas Nauseda

“Biz Sizin ölkənizin Ermənistanla sülh əldə etmək səylərini dəstəkləyir və yüksək qiymətləndiririk”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Prezident İlham Əliyevə təbrik məktubunda deyilir:

    “Mən Ermənistanla sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş və regionda davamlı sülh üçün tarixi imkan yaradan razılaşmanı alqışlayıram. Litvanın Cənubi Qafqazda etimadın yaradılmasına töhfə verməyə hazır olduğunu bir daha qeyd edirəm. İnanıram ki, dialoq və danışıqlar davamlı konsensusa nail olmağın yeganə yoludur”, - Litva dövlət başçısı vurğulayıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Oktyabr 2026