• Bakı 15° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Avtomobildə 21 kiloqramdan artıq heroin aşkarlandı

HADİSƏ

29 Aprel 2024 | 13:37

Avtomobildə 21 kiloqramdan artıq heroin aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postu vasitəsilə İran İslam Respublikasından gələrək, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Avstriya Respublikasına gedən yük nəqliyyat vasitəsi gömrük nəzarəti xəttində yoxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin kabinəsində, alt yataqda yerləşən döşəyin içərisində 69 ədəd bağlamada, ümumilikdə təmiz çəkisi 21 kq 492,06 qram olan təhlükəli narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

14 May 2024