• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda dəhşətli qətl: Boşanmış qadın qanına qəltan edilib  - YENİLƏNİB

HADİSƏ

14 May 2024 | 21:18 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda dəhşətli qətl: Boşanmış qadın qanına qəltan edilib - YENİLƏNİB

Lənkəranda meyiti tapılan qadının kimliyi və bəzi təfərrüat məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, meyiti tapılan qadın Cəlilabad rayonu, Muğan kənd sakini 2002-ci il təvəllüdlü Könül Ramin qızı Ağayevadır.

K.Ağayeva bu ilin martın 2-dən itkin düşüb.

Nənəsinin verdiyi məlumata görə, o, ailəli olub və ayrılıb.

Cəlilabadda kollecdə oxuyub. İşləmək üçün Lənkərana gedib. İki-üç gündən sonra ondan heç bir xəbər olmayıb.

Onun itkin düşməsi barədə polisə məlumat verilib. Hazırda fakt üzrə araşdırma davam etdirilir.

***18:30

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağıyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti tapılıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026