Fiziki məhdudiyyətli şəxslərlə sərnişin avtobuslarının sürücüləri arasında zaman-zaman pandus problem yaşanır. Belə ki, əksər vaxt sürücülər əlil arabasıyla dayanacaqda olan şəxslərin avtobusa minməsi üçün pandusun açılmasını təmin etmir.
Sürücülər əzbərləyibmişlər kimi, “pandus işləmir”, “onu açmaq mənim vəzifəm deyil” deyirlər, bu isə öz növbəsində tərəflər arasında qalmaqala səbəb olur.
Bakıda növbəti “pandus problemi” “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 nömrəli avtobusda yaşanıb.
Bakıvaxtı.az-ın məlumatına görə, sürücü ilə sərnişin arasında mübahisə sosial şəbəkədə yayımlanıb.
Videodan da görünür ki, sürücü əlil arabasına pandusu açmır, bu isə avtobus gözləyən digər sərnişinin etirazına səbəb olur və onlar arasında qalmaqal yaşanır.
Məsələylə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirilib ki, onlar həmin görüntülərlə tanışdırlar:
“Bununla bağlı olaraq sürücü barəsində tədbir görüləcək”.
Bəs görəsən bu kimi hallara kim nəzarət etməlidir? Bununla bağlı hansı tədbirlər görülməlidir?

Aslan Əsədov, Nəqliyyat eksperti
Bu barədə Bakıvaxtı.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, bu hallara nəzarəti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin(AYNA) əməkdaşlarının monitorinq qrupu həyata keçirir:
“Monitorinq qrupları həmin ərazilərə, ümuniyyətlə, maşrut sistemlərinə nəzarət edirlər. Onlar avtobuslarda yaranan xoşagəlməz hallara və digər fəaliyyat göstərən hüquqi və fiziki şəxslərə, sürücülərə, onlar arasında olan qarşılıqlı münasibətləri tənzimləməyə nəzarət edirlər”.
A.Əsədov həmiçinin qeyd edib ki, şirkətlərin də daxili monitorinq qrupları, dispetçer məntəqələri var ki, bu məlumatlar bir baza olaraq toplanır və aidiyyatı olaraq bütün dispetçer məntəqələrinə, marşrut xətlərinə, marşrutu istismar edən sürücü və digər şəxslərə ötürülür.
“Fiziki məhdudiyyətli və ya onunla birlikdə olan şəzx sürücüyə yaxınlaşıb kömək lazım olduğunu deyərsə, problem asanlıqla həll olunar”.
Mina Mikayılova


jpg-1715682224.jpg)

JPG-1718272464.webp)











