• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

 Əfsanə Qalabəyli ilə bağlı ekspertiza rəyi açıqlandı

HADİSƏ

14 May 2024 | 16:51

Əfsanə Qalabəyli ilə bağlı ekspertiza rəyi açıqlandı

Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə ekspertiza rəyi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda təqsirləndirlən Əfsanə Qalabəylinin psixoloji vəziyyəti ilə bağlı keçirilən təkrar ekspertiza rəyinin nəticəsi açıqlanıb.

    Əfsanə Qalabəylinin eksperiza rəyində hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib.

    Xatırladaq ki, ilkin ekspertizanın rəyində Ə. Qalabəylinin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qeyd edilib. Dövlət ittihamçısı ekspertiza rəyi ilə razılaşmayıb və əlavə tibbi ekspertiza keçirilməsini istəmişdi.

    Qeyd edək ki, 2022-ci ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

    1987-ci il təvəllüdlü Ə.Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, 1974-cü il təvəllüdlü N.Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

    Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

    N.Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026