• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq edildi

HADİSƏ

14 May 2024 | 17:25

Lənkəranda ahıl vətəndaşa qarşı dələduzluq edildi

Ondan kömək istəyən ahıl vətəndaşı talayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Lənkəran rayon sakini olan ahıl yaşlı kişi kömək üçün müraciət etdiyi şəxs tərəfində talanıb. O, Bakı şəhərində yaşayan qohumuna ödəniş terminalı vasitəsi ilə pul göndərmək istəyib. Buna görə yaxınlıqdan keçən bir nəfərdən kömək istəyib. Həmin şəxs isə 350 manatı göndərməli olduğu hesaba yox, öz bank kartına yükləyib. Zərərçəkəni də əmin edib ki, pul onun dediyi ünvana çatıb.

Həmin şəxsin müraciətindən sonra Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakini K.Əlizadə müəyyən edilərək saxlanılıb.

Araşdırmalar aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026