OPEC-in xam neft hasilatı aprel ayında əvvəlki aya nisbətən gündəlik 48 min barrel azalaraq təxminən 26 milyon 580 min barrelə düşüb.
Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) açıqladığı aylıq neft bazarı hesabatında yer alıb.
Hesabata görə, aprel ayında Konqo və İranda xam neft hasilatı artıb. Nigeriya, İraq və Venesuelada isə azalıb. Gündəlik neft hasilatı Nigeriyada 46 min barel, İraqda 32 min barel, Venesuelada 13 min barel azalıb. Eyni dövrdə Konqoda neft hasilatı 21 min barel, İranda isə 14 min barel artıb.
Qrupun ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanında hasilat ötən ay 2 min barrel artıb.
Bundan başqa, ötən ay dünyada qazma quyularının sayı 60 ədəd azalaraq 1797-yə çatıb. Qazma qurğularının sayı OPEC ölkələrində 4 ədəd, qeyri-OPEC ölkələrində isə 56 ədəd azalıb.
Gülşən Şərif
















