"Qəzadan heç kəs slğortalanmayıb".
Bakıvaxtı.az xəbər verir ki, bunu aprelin 17-də Bakıda ölümlə nəticələnən qəzaya düşən teleaparıcı Aytən Səfərova bildirib.
Hadisədən sonra ilk dəfə danışan A.Səfərova “Instagram” profilində paylaşım edib.
“Qəzadır, hər kəsin başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Kadrları izləmişəm. Orada mənim günahım yoxdur”, - deyə aparıcı qeyd edib.
A.Səfərova qəzada günahsız olduğunu bildirib.
Qeyd edək ki, hadisə aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində baş verib. İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.










JPG-1718272464.webp)





