• Bakı 16° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

DSMF Böyük Britaniyada mükafat aldı

CƏMİYYƏT

29 Aprel 2024 | 14:46

DSMF Böyük Britaniyada mükafat aldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) beynəlxalq uğurları davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Fond mənzil-qərargahı Böyük Britaniyada yerləşən “Wealth and Finance International” beynəlxalq korporasiyasının təşkil etdiyi “Retirement Planning Awards 2024” beynəlxalq müsabiqəsində də qalib gəlib.

DSMF müsabiqədə  “Transformativ sosial müdafiə və rəqəmsal əks-əlaqə üzrə 2024-cü ilin Mükəmməllik Mükafatı”na layiq görülüb. 

Fondun müsabiqəyə təqdim etdiyi iş “Azərbaycanda sosial ödənişlərin təyin edilməsində müasir humanist yanaşma: Proaktiv insan yönümlü təyinat mexanizmi” mövzusunda olub.  

Qeyd edək ki, DSMF 2024-cü ilin ötən dövründə artıq 14 beynəlxalq mükafata layiq görülüb.


SON XƏBƏRLƏR

14 May 2024