• Bakı 15° C

    1.42 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

"Cehiz sandığı" açılır - VİDEOREPORTAJ

CƏMİYYƏT

29 May 2024 | 11:04

"Cehiz sandığı" açılır - VİDEOREPORTAJ

“Azərbaycan Uşaqları” İctmai Birliyi (AUİB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrant vəsaiti hesabına həyata keçirilən “Uşaq Forum Teatrı”-İncəsənət əsaslı öyrənmə layihəsi çərçivəsində bu ay ərzində Bakıda uşaqlar üçün Forum Teatr mövzusundə təlimlər təşkil edilib.

Bakıvaxtı.az xəbər verir ki, təlimlər əsasında ərsəyə gələn “Cehiz sandığı” tamaşasıdır.

Erkən nikahlara, zorakılığa, uşaqların zorla ərə verilməsinə qarşı cəmiyyətə mesaj ötürən bu tamaşanın heyətinə daxil olan 61 nəfərə Vaqif Kərimov, Səbinə Məmmədzadə, Telli Hüseynova kimi peşəkar aktyor və aktrisalarla yanaşı sığınacağın sakinləri və təlim iştirakçıları daxildir.

Bakıvaxtı.az olaraq mayın 30-da təqdim olunacaq bu tamaşanın həmçinin məşq proseslərinə də dəvət edildik.

Məşqlərin necə məsuliyyətlə həyata keçirildiyinin yaxından şahidi olduq.

Məşq prosesləri zamanı tamaşa iştirakçıları ilə söhbət etmək imkanımız oldu.

Söhbət əsnasında Vaqif Kərimov bildirdi ki, tamaşanın məqsədi cəmiyyətdə gedən prosseslərə, 14-15 yaşına çatmayan qızların zorla ərə verilməsinə qarşı ictimaiyyəti susmamağa çağırır.

-Bizim mesajımız cəmiyyətədir!

Məşq proseslərini ətraflı Bakıvaxtı.az-ın sujetindən izləyə bilərsiniz:

Mina Mikayılova


"Cehiz sandığı" açılır - VİDEOREPORTAJ
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR