• Bakı 24° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Şəhid atası VƏFAT ETDİ

CƏMİYYƏT

28 Iyun 2024 | 09:20

Şəhid atası VƏFAT ETDİ

Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov 62 yaşında vəfat edib.

Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.

Mərhum oğlunun dəfn edildiyi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Fariz Hüseynli 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.

O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli olub. Vətənə yadigar iki övladı var.


SON XƏBƏRLƏR

29 Iyun 2024