• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Kür çayı daşa bilərmi?: Böyük daşqınların olacağı...

CƏMİYYƏT

29 May 2024 | 13:21 | Müəllif: Qalib İbrahimoğlu

Kür çayı daşa bilərmi?: Böyük daşqınların olacağı...

Son günlər yağan intensiv yağışlar ölkənin ən böyük çayı olan Kür çayında suyun səviyyəsini artırıb. Kürdə sululuğun artması çayın quruması kimi ekoloji fəlakətin qarşısını alsa da, daşma ehtimalını da artırır.

Kür çayı daşa bilərmu?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan ekoloq Qorxmaz İbrahimli Kür çayında böyük daşqınların gözlənilmədiyini bildirib.

Onun sözlərinə görə, hazırda yaz fəslinin gursululuq mərhələsidir, dağlarda qar və buzlaqların əridiyi, eləcə də yağıntıların artdığı vaxtdır:

“Bu da, təbii olaraq, çaylarda suyun səviyyəsinin artmasına səbəb ola bilir”.

Q.İbrahimli qeyd edib ki, lakin Mingəçevir su anbarında su səviyyəsi təhlükəli həddə qalxmayıb.

“Buna görə də ayrı-ayrı dağlıq və dağətəyi ərazilərdə sel basma ehtimallarını çıxmaq şərtilə, Kür çayında böyük daşqınların olacağını düşünmürəm", - deyə Qorxmaz İbrahimli vurğulayıb.

Qorxmaz İbrahimli: Kür çayında böyük daşqınların olacağını düşünmürəm

Əvvəlkli illərdə Kürdə suyun səviyyəsinin çox aşağı həddə düşdüyünü xatırladan ekoloq bunun da müəyyən problemlərə səbəb olduğunu deyib. Müsahibimiz bildirib ki, hazırda Kürdə suyun səviyyəsinin artması ətraf rayonların əkin sahələrinin suvarılmasında yaranan problemləri aradan qaldırıb.

Rahim Nəzərov

BDU-nun tələbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026