• Bakı 13° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Karqo paketinə girən pişik yüzlərlə kilometr yol getdi

CƏMİYYƏT

29 Aprel 2024 | 13:24

Karqo paketinə girən pişik yüzlərlə kilometr yol getdi

ABŞ-də ev pişiyi geri qaytarılmalı olan yük paketinə gizlicə soxularaq yüzlərlə kilometr uzağa aparılıb. 

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, Qaleana adlı pişik aprelin əvvəlində Yutadakı evindən yoxa çıxıb. Narahat olan sahiblər bütün cəhdlərinə baxmayaraq pişiyini tapa bilməyiblər.

Bir həftə sonra Amazon işçisi pişiyi Kaliforniyadakı anbarda qutda tapıb və baytara aparıb.

Pişik mikroçip vasitəsilə müəyyən edildikdən sonra sahibi Kerri Klark çağırılıb. Qaleananın ilişib qaldığı qutu boş olduğu üçün bir az hava ala bilsə də, yemək və su olmadan uzun müddət mübarizə aparıb.

Klark və əri ev heyvanlarına qovuşmaq üçün Kaliforniyaya uçublar.

Ay Tac


SON XƏBƏRLƏR