• Bakı 16° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.8397

    RUB - 0.0186

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Gündəm

29 Aprel 2024 | 17:38

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun fəaliyyət istiqamətləri açıqlanıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 9 fəaliyyət istiqaməti olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- müvafiq sahədə elmi-praktiki və eksperimental araşdırmalar aparmaq;

- müvafiq sahədə elmi prinsiplərə əsaslanan risk qiymətləndirilməsini həyata keçirmək;

- müvafiq sahədə texniki normativ hüquqi aktların layihələrini hazırlamaq;

- müvafiq sahədə tədqiqatlar aparmaq;

- müvafiq sahə üzrə elmi-metodiki tövsiyələr hazırlamaq;

- müvafiq sahədə peşəkar mütəxəssislərin və yüksəkixtisaslı elmi kadrların hazırlanmasını həyata keçirmək;

- müvafiq sahənin inkişafı üçün tədbirlər görmək;

- Agentliyin, onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin elmi əsaslarının hazırlanmasını həyata keçirmək;

- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


SON XƏBƏRLƏR