• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

828 əkiz, 39 üçəm doğulub

CƏMİYYƏT

16 May 2024 | 13:14

828 əkiz, 39 üçəm doğulub

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24526 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

    Körpələrdən 828-i əkiz, 39-u isə üçəm doğulub. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Şərqi Zəngəzur (12,1), Dağlıq Şirvan və Qarabağ (11,6), LənkəranAstara (11,4), Mil-Muğan (11,1), Mərkəzi Aran (10,9), QubaXaçmaz (10,7), Qazax-Tovuz və Şirvan-Salyan (10,6) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    11 Noyabr 2026