• Bakı 28° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8221

    RUB - 0.0195

Gənclər arasında daha çox rast gəlinən xərçəng növləri

CƏMİYYƏT

15 Iyun 2024 | 11:37

Gənclər arasında daha çox rast gəlinən xərçəng növləri

Gənclər arasında hansı xərçəng növlərinə daha çox rast gəlindiyi açıqlanıb.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, süd vəzi, mədə-bağırsaq traktının və qadın reproduktiv sisteminin xərçəngləri daha çox yayılır. 

Bildirilib ki, yaşlılıq xərçəngin inkişafı üçün ən əhəmiyyətli risk faktorlarından biridir.

Amerika Xərçəng Cəmiyyətinin məlumatına görə, diaqnozun orta yaşı 66 ildir. Üstəlik, bu xəstəliyə yoluxmuş insanların 88%-nin yaşı 50-dən yuxarıdır.

Bununla belə vurğulanıb ki, bir çox xərçəng növləri sürətlə “cavanlaşır” ki, bunlara süd vəzi, mədə-bağırsaq traktının və qadın reproduktiv sisteminin xərçəngi daxildir.

Qeyd olunub ki, gənclər arasında xərçəng xəstəliyinin yayılmasının əsas “günahkarları” qeyri-kafi qidalanma (pəhrizdə lifin az olması, yağların, şəkərin və emal olunmuş ətin artması), ətraf mühitin mikroplastiklərlə çirklənməsi və siqaretdir. 

Mina Mikayılova


SON XƏBƏRLƏR