• Bakı 23° C

    12.53 m/s

  • USD - 1.7

    EUR - 1.9588

    RUB - 2.1656

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

15 Iyul 2024 | 09:45

Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyulun 15-i saat 9:00-a olan hava məlumatı açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.

    Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.

    Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.


    SON XƏBƏRLƏR