• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Bu gün 3 rayonda qaz olmayacaq

CƏMİYYƏT

14 Avqust 2024 | 09:41

Bu gün 3 rayonda qaz olmayacaq

Bu gün Bakının Xəzər, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bakıvaxtı.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, avqustun 14-də saat 09:00-dan "Zabrat-Buzovna-Türkan" magistral qaz kəmərinin 21,5-ci km-də və saat 10:00-dan Yasamal rayonunun Rahim Məmmədov küçəsində qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi, saat 09:30-dan isə “Lökbatan” QPS-də sənaye qaz xətlərinin yeni quraşdırılmış kollektor üzərinə köçürülməsi, əhali qaz xətti üzərində klapanın quraşdırılması və modul ölçü qovşaqlarında təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun (Stansiya Qala və Mərdəkan yeni yaşayış massivləri), Yasamal rayonunun (R. Məmmədov, K.Kazımzadə, Ş.Mehdiyev, Ə. Ələkbərov küçələri, H.Cavid prospekti), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksi) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026